14 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

Türkiyə lirəsi niyə bu qədər ucuzlaşır?

“Türk lirəsinin ucuzlaşması bir çox səbəblərdən – həm iqtisadi, həm siyasi, həm də idarəçiliklə bağlı problemlərdən qaynaqlanır”.

Bunu açıqlamasında iqtisadi ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, “Mərkəzi Bankların dünyadakı önəmi ehtiyyatı müstəqil yürütmək qabiliyyəti və bacarığıdır. Türkiyə Mərkəzi Bankı müstəqil qərar vermə mexanizmlərindən məhrum olub. Hökumətin atmaq istədiyi addımlara görə qərar verməyə, yəni Türkiyə prezidentinin istəkləri istiqamətində qərar verməyə çalışır. Bu da müstəqil qurum olmalı olan Mərkəzi Bankın etibarlılığına ciddi zərbə vurur. Nəticə etibarı ilə Türkiyə prezidenti faizin endirilməsi siyasətini əsas prioritet elan edir və bu istiqamətdə addımlar atır, uçot dərəcəsini getdikcə aşağı salır. Son iki toplantıda ard-arda faizləri aşağı çəkdi, bu da lirənin ucuzlaşmasına səbəb olan əsas mexanizmlərdən birinə çevrildi”.

Ekspert lirənin ucuzlaşmasının ikinci səbəbinin Türkiyənin idxal-ixrac əməliyyatlarında olan problemlərlə əlaqələndirib:

“Türkiyə həm enerji, həm də başqa sahələrdə xaricdən asılı vəziyyətdədir. Pandemiya iki ildir ki, turizm sektoruna böyük zərbə vurub. Türkiyə hər il 30-40 milyard dollar turizm gəlirlərini itirib. Daha bir səbəb isə Türkiyənin özəl sektorunun böyük yüklü həcmdə xarici borcu və əsasən də dollar üzərindən. Dekabr ayında bir çox borc kreditləri bağlanmalıdır və bu da valyutaya olan təlabatı artırır”.

Natiq Cəfərli hesab edir ki, bu trend davam edərsə, xarici borcların qaytarılması sürəti daraldıqca, türizmlə bağlı problemlər aradan qalxmadıqca çox təəssüf ki, türk lirəsinin növbəti dəyərdən düşmə dalğasını görə biləcəyik.

Son xəbərlər
Oxşar xəbərlər
X