29 C
Baku
Friday, June 21, 2024

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 110 milyard dollara yaxınlaşıb

Bu ilin iyun ayında Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 10,1 milyard ABŞ dolları və yaxud 10,25 % artaraq 98,5 milyard ABŞ dollarından 108,6 milyard ABŞ dollarına çatıb.

Bunu qonşu ölkənin maliyyə və xəzinə naziri Mehmet Şimşək tviter hesabına bildirib.

Onun sözlərinə görə, islahatlar proqramının əsas məqsədlərindən biri beynəlxalq ehtiyatlarla bağlı vəziyyəti yaxşılaşdırmaqdır.

Nazir bu dövr ərzində xalis ehtiyatların 14,2 milyard ABŞ dolları artdığını qeyd edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər