Türkiyə Prezidentinin Maliyyə Ofisinin rəhbəri Maliyyə Nazirliyində olub

Türkiyə Prezidentinin Maliyyə Ofisinin rəhbəri Maliyyə Nazirliyində olub.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov yanvarın 28-də Türkiyə Respublikası Prezidentinin Maliyyə Ofisinin rəhbəri Göksəl Aşanla görüşüb.

Bakıda Rəqəmsal transformasiyaya aid master-class keçiriləcək

Görüşdə dövlət başçıları arasında mövcud olan sıx dostluq və qardaşlıq münasibətlərinin Azərbaycan və Türkiyə arasında siyasi və iqtisadi əlaqələri strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyi, hökumət orqanları arasında da əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

Göksəl Aşan uğurla inkişaf edən Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsi üçün böyük iqtisadi potensialın olduğunu vurğulayıb, müxtəlif sahələrdə, o cümlədən iki ölkə arasındakı ticarət münasibətlərindəki hesablaşmaların yerli valyutadan istifadə etməklə həyata keçirilməsi, maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları, iki ölkənin maliyyə qurumları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin vacibliyi, İstanbul Maliyyə Mərkəzində Azərbaycanın maliyyə qurumlarının daha fəal təmsil olunması və digər maraq doğuran məsələlərə dair fikirlərini bölüşüb.

Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar, maliyyə və bank sektorlarının gücləndirilməsi tədbirləri, investisiya siyasəti, maliyyə və büdcə idarəetməsi, Yeni Büdcə Qaydasının tətbiqi, orta xərclər çərçivəsi planlamasına keçid və digər istiqamətlərdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, iki ölkə arasında investisiya, ticarət və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi və inkişafı üçün böyük potensial mövcuddur.

Sonra G.Aşan Maliyyə Nazirliyinin muzeyi ilə tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları