17 C
Baku
Saturday, May 18, 2024

Türkiyə Qara dənizdə qaz hasilatına $10 mlrd. sərmayə qoyacaq

Türkiyə Qara dənizdə 540 milyard kubmetr qazın hasilatı və nəqlinə təxminən on milyard dollar sərmayə qoyacaq.

Banker.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı “Sabah” qəzeti məlumat yayıb.

“Son xəbərlərə görə, Qara dəniz qazının hasilatı üçün güclü stimul var. Türkiyənin milli kəşfiyyat donanması tərəfindən müəyyən edilən 540 milyard kubmetr təbii qaz 2023-cü ildə əhalinin istifadəsinə veriləcək. Bu gün Türkiyə qazma donanmasını genişləndirir. Vətəndaşların 540 milyard kubmetr təbii qaza çıxış əldə etməsi üçün kəşfiyyat işləri aparılır”, – deyə mesajda bildirilir.

Nəşrin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə “Zonquldak Sakarya” təbii qaz yatağı layihəsi inkişaf etdiriləcək.

“145 milyard lirə (təxminən 10 milyard dollar) həcmində investisiyalar Qara dənizdə 540 milyard kubmetr təbii qazın hasilatı və istifadəsinə yönəldiləcək”, – deyə qəzet yazıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər