24 C
Baku
Thursday, April 18, 2024

Türkiyə S-400-dən imtina etməyəcək

“Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemindən imtina etməyəcək”.

Bu barədə Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.

O qeyd edib ki, bu məsələ Türkiyə tərəfi üçün müzakirə mövzusu deyil:

“Bu məsələ əvvəllər də müzakirə olunub və indi biz Rusiya Federasiyası ilə əməkdaşlığı davam etdiririk. Türkiyə öz siyasətini və tutacağı yolu özü müəyyən edə bilər”.

“Dəmir “mövqeyimiz Ukrayna ilə Rusiya arasında sülhün bərpa olunmasıdır. Qan tökülməsinin dayandırılması üçün hər şeyi edirik” deyə o əlavə edib.

Son xəbərlər
Digər xəbərlər