27 C
Baku
Saturday, July 27, 2024

“Türkiyə tezliklə öz HHM sistemlərini satacaq”

Türkiyə tezliklə öz hava hücumundan müdafiə (HHM) sistemlərini satmağa başlayacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hərbi akademiyada çıxışı zamanı bildirib.

“Daha əvvəl öz istehsalımız olan “Siper” hava hücumundan müdafiə sistemimizi uğurla sınaqdan keçirmişik. Tezliklə biz müxtəlif bəhanələrlə bu sistemləri bizə satmayanlara öz HHM sistemimizi satan ölkəyə çevriləcəyik”, – o, ABŞ ilə “Patriot” sistemlərinin alışı ilə bağlı uzun sürən və nəticəsiz qalan danışıqlara eyham vuraraq deyib.

“Siper” istənilən hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş uzun mənzilli zenit-raket kompleksidir.

“Müdafiə sənayemiz ölkəmizi yüksək liqalaya çıxarıb. Bu ilin sonuna kimi yerli istehsalımız olan “Kaan” beşinci nəsil qırıcısının ilk uçuşunu da görəcəyik. “Bayraktar Kizilelma” pilotsuz uçuş aparatının sınaqlarını başa çatdırmaq və onu ordunun arsenalına qatmaq istəyirik”, – Ərdoğan söyləyib.

O, həmçinin əlavə edib ki, Türkiyə güclü və müasir orduya sahib olmaqdan imtina edə bilməz.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər