-1 C
Baku
Thursday, February 9, 2023

Türkiyə vətəndaşı bank hesabına səhvən göndərilən 1 mln. lirəni sahibinə qaytardı

Türkiyədə Adana Çukurovada yaşayan 42 yaşlı Erdinç Kaya bank hesabına səhvən göndərilən 1 milyon lirəni sahibinə qaytarıb.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çukurova rayonunda qida firmasında sürücü işləyən Erdinç Kaya iş başında olarkən bank hesabına 1 milyon lirənin yatırıldığını görüb. Kaya bankın əməkdaşı ilə görüşəndə ​​pulun səhvən yatırıldığı anlaşılıb. Daha sonra Kaya pulu sahibinə göndərib.

Erdinç Kaya bildirib ki, pul onun özünə aid olmadığı üçün banka zəng edib: “Banka zəng edib dedim ki, bu pul mənim deyil. Onlar da məndən banka yaxınlaşmağımı istədilər. Mən də banka getdim. Pulun mənə aid olmadığını təkrar etdim. Sonra da pulu sahibinə geri göndərdim.

Mən sadəcə vətəndaşlıq borcumu yerinə yetirdim. Çünki mən indiyədək haram yeməmişəm və haramdan uzaq durduğum üçün ailəmə də haram yedirməmişəm. Mən bunu özümə yaraşdırmadım. İndiki həyat şərtlərində insanlar bu hadisəyə təəccüb edirlər. Amma dediyim ki, mən sadə əüzərimə düşən vətəndaşlıq borcumu yerinə yetirdiyimi düşünürəm. Bu zəmanənin bizim insanlığımızı, xarakterimizi, səviyyəmizi azaltmadığını və pozmadığını göstərmək istədim”.

Son xəbərlər
Digər xəbərlər
X