26 C
Baku
Saturday, April 20, 2024

Türkiyə yaxın günlərdə İsrailə təyin olunacaq yeni səfirin kimliyini açıqlayacaq

Türkiyə yaxın günlərdə İsrailə təyin olunacaq yeni səfirin kimliyini açıqlayacaq.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global”a müsahibəsində deyib.

“Yeni təyinat qarşıdakı günlərdə reallaşacaq”, – deyə o bildirib.

Türkiyə XİN rəhbəri deyib ki, Nazirlik yeni diplomatik təyinatlarla bağlı qərarnamə hazırlayır və mümkün namizədlərlə bağlı siyahını Prezidentə təqdim edəcək.

Çavuşoğlu deyib ki, istər HƏMAS, istərsə də Fələstin hökumətinin başçısı Mahmud Abbas “Türkiyənin İsraillə münasibətlərin normalaşmasını və iki ölkə arasında dialoqun davam etməsini istəyir”.

XİN rəhbəri deyib ki, münasibətlərin normallaşması Türkiyənin Qüds, Əl-Aksa məscidi, Fələstin məsələsində güzəştə getməsi anlamına gəlmir və əksinə dialoq mövcud problemlərin və fikir ayrılıqlarının həlli istiqamətində töhvə verir.

MənbəApa
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər