27 C
Baku
Saturday, July 27, 2024

Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası fəaliyyətə başlayacaq

Türkiyədə Avropanın ən böyük günəş elektrik stansiyası (GES) fəaliyyətə başlayacaq.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bu gün rəsmi açılış mərasimi keçiriləcək Karapınar GES-də quraşdırma işlərinə 2020-ci ilin yanvar ayında başlanılıb, 3 256 000 günəş panelindən istifadə edilib ki, onlar da 20 milyon kvadratmetr sahəni əhatə edib.

Elektrik stansiyası tam gücü ilə işə salındıqdan sonra Türkiyənin günəş enerjisindən əldə etdiyi elektrik enerjisinin həcmini 20 faiz artıracaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər