28 C
Baku
Saturday, July 27, 2024

Türkiyədə azərbaycanlıların aldığı mənzillərin sayı artıb

Bu ilin oktyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 137 mənzil alıb.

Banker.az Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 mənzil və yaxud 10% artıb.

Bu ilin yanvar-oktyabr aylarında isə azərbaycanlılar Türkiyədə 1 020 mənzil alıb. Bu isə 1 il əvvələ nisbətən 66 mənzil və yaxud 7% çoxdur.

Ümumilikdə oktyabrda xarici vətəndaşlar Türkiyədə 5 331 mənzil alıb ki, bu da illik müqayisədə 1 020 mənzil və yaxud 24% çoxdur.

Bu rəqəm yanvar-oktyabrda isə 31 797 mənzil təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 4 782 mənzil və yaxud 13% azdır.

2020-ci ilin oktyabrında Türkiyədə ən çox mənzil alan xaricilər İraq vətəndaşları, yanvar-oktyabr aylarında İran vətəndaşları olub. İraqdan olanlar oktyabrda 909,  İran vətəndaşları yanvar-oktyabrda isə 5 565 mənzil əldə edib.

Son xəbərlər
Digər xəbərlər