-4 C
Baku
Wednesday, February 28, 2024

Türkiyədə şirkətlərin dollar alışını artırır – 1 dollar 17.22 lirə oldu

Türkiyə lirəsi bu həftə Prezident Rəcəb Tayyib Ərdoğanın artan inflyasiyaya baxmayaraq faiz artımına getməyəcəyi ilə bağlı siqnallar verməsi ardından yaranan xarici valyutaya tələskənlik fonunda dekabr ayından bəri ilk dəfə bir dollar üçün 17-i ötüb.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 14:40 radələrində lirə 1 dollar üçün 0.51%-ə qədər ucuzlaşaraq 17.2249-a düşüb və 2022-ci ilin əvvəlindən ucuzlaşmasını 29%-ə çatdırıb ki, bu da inkişaf etməkdə olan bazarlarda aşağı performansdır. İllik müqayisədə isə USD/TRY cütlüyünün məzənnəsi 2 dəfə artıb. Türkiyə lideri monetar siyasətin zəif – aşağı faizlərdə israr etməsi ilə son 24 ilin ən yüksək templi inflyasiyanın qarşısını ala bilmir.

Ərdoğan monetar sərtləşdirməyə icazə verməyəcəyinə söz verdiyi və əksinə çıxışında faizlərin endirilməsini vəd etdiyi üçün məzənnə enişi bu həftə daha da dərinləşməklə və martın 11-dən bəri ən pis itkilərə doğru getdi.

İctimaiyyətlə danışmaq səlahiyyəti olmadığı üçün adının açıqlanmasını istəməyən treyderlər Bloomberg-ə bildiriblər ki, ölkənin şirkətləri prezidentin bu açıqlamalarına cavab olaraq valyuta alışlarını artırıblar

“Ərdoğanın şərhləri yeni deyil, lakin illik 73% inflyasiya ilə onun şərhləri vəziyyətə olduqca sürreal görünüş verir”- deyə, İsveçrə mənzilli UBP-nin analitiki Piter Kinsella bildirib. O bildirir ki, cari hesablarda kəsir arta bilər.

Son beş görüşdə qlobal tədarük böhranı fonunda istehlak qiymətlərinin artımı 73.5%-ə yüksəlsə də, ölkənin Mərkəzi Bank faiz dərəcələrini 14% səviyyəsində saxladı. Nəticədə, Türkiyə indi inflyasiyaya və faiz dərəcələri arasındakı fərqlə ən aşağı mənfi real faizə (məsələn 14%-73.5%= -59.5) malikdir.

 

Son xəbərlər
Digər xəbərlər