9 C
Baku
Çərşənbə, Yanvar 26, 2022

Türkiyədə minimum əməkhaqqı 50% artırıldı

Türkiyədə 2022-ci il üçün minimum əməkhaqqı 50 faiz artırılaraq 4 250 lirəyə çatdırılıb.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Minimum əməkhaqqının müəyyənləşdirilməsi üzrə komissiyanın iclasında deyib.

Onun sözlərinə görə, gələn ildən etibarən minimum əməkhaqqı gəlir vergisindən azad ediləcək.

“Bəzi çətinliklərimiz var, amma tezliklə bunların öhdəsindən gələcəyik. Son dövrlərdə məzənnədə baş verən dalğalanma və bunun nəticəsində qeydə alınan bahalaşmaya ən qısa zamanda son qoymağa hazırıq. Yaxın zamanlarda həyata keçirəcəyimiz tədbirlərlərlə bunu reallaşdıracağımıza inanıram”, – deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, son sutka ərzində Türkiyə lirəsi ABŞ dollarına nisbətdə daha 5 faiz dəyər itirib. Hazırda Türkiyədə 1 dolların qiyməti 15,5 lirə ətrafında təşkil edir.

Mənbə:Modern.az
Son xəbərlər
Oxşar xəbərlər