8 C
Baku
Friday, January 3, 2025

Türkiyədə prezidentliyə namizədlərin ərizələrinin qəbuluna başlanılacaq

Türkiyənin Mərkəzi Seçki Komissiyası martın 19-da prezidentliyə namizədlərin ərizələrinin qəbuluna başlayacaq.

Bu barədə Türkiyənin Mərkəzi Seçki Komissiyasının martın 14-də qüvvəyə minən qərarında deyilir.

Bildirilib ki, bu prosesin martın 23-ü yerli vaxtla saat 17:00-da başa çatdırılması planlaşdırılır. Namizədlərin siyahısı martın 31-də “Resmi gazete”də dərc olunacaq və bundan sonra onlar təşviqat kampaniyasına başlaya biləcəklər.

Xatırladaq ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçiriləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər