26 C
Baku
Thursday, May 30, 2024

Türkiyənin daha 4 televiziya kanalı “Azerspace-1” peyki ilə yayıma başlayıb

Bu aydan Türkiyənin daha 4 televiziya kanalı – “TMB, “Akıllı”, “Nurs” və “EuroTrio” “Azerspace-1” telekommunikasiya peyki üzərindən yayımlanır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdən (“Azərkosmos”) bildirilib.

Məlumatda deyilir ki, “TMB TV”-də əsasən türkdilli dövlətlərin musiqi və mədəniyyətini əks etdirən proqramlar nümayiş olunur. “Akıllı TV” və “Nurs TV” -də daha çox əyləncəli verilişlər təqdim edilir. “Azerspace-1” peykinin Avropa yayım şüasında yayımlanan “EuroTrio TV”-nin gündəlik məzmununu isə Türkiyənin, o cümlədən beynəlxalq şirkətlərin ingilisdilli proqramları təşkil edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər