8 C
Baku
Tuesday, March 5, 2024

Türkiyənin sənaye və texnologiya naziri: “Türk dövlətləri ilə birlikdə peyk hazırlayacağıq”

“Türk dövlətləri ilə birlikdə peyk hazırlayacağıq. Türkiyə 2026-cı ildə Antalyada bu konqresi keçirməyə namizəddir”.

Bu sözləri Türkiyənin sənaye və texnologiya naziri Ahmet Yozqatlıgil Türkiyənin Azərbaycandakı səfirliyinin Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təşkil etdiyi tədbirdə çıxışı zamanı deyib.

O, konqresin əhəmiyyətindən də söz açıb:

“Bakıda olduğumuz üçün sevincliyik, Heydər Əliyev Konqres Mərkəzində çox əhəmiyyətli bir konfrans təşkil edildi. Burda çox əhəmiyyətli əməkdaşlıqlar, görüşlər həyata keçiririk. Azərbaycanlı qardaşlarımız bu çərçivədə bizi dəstəkləyir, təcrübələrini bizimlə bölüşürlər. Cümə günü namizədliyimizin nəticəsi açıqlanacaq. Türk dövlətlərindən bir çox gənci qonaq etmişik, bərabər şəkildə bir peyk hazırlayacağıq və kosmosa göndərəcəyik. Ümumilikdə, bərabər həyata keçirəcəyimiz müxtəlif layihələr var. “Azərkosmos” bu mövzuda irəlidədir. Biz türk dövlətləri olaraq kosmosda da varlığımızı göstərəcəyik”, – o əlavə edib.

Son xəbərlər
Digər xəbərlər