11 C
Baku
Friday, October 25, 2024

Türkiyəyə nə qədər azərbaycanlı köçüb?

2017-ci ildə Türkiyəyə 466 333 nəfər miqrasiya edib. Türkiyənin Statistika İnstitutunun məlumatına görə, ötən ilə nəzərən miqrasiya rəqəmləri 22 faiz artıb.

Türkiyəyə gələn miqrantların 26,6 faizi İraq, 10,4 faizi Əfqanıstan, 7,7 faizi Suriya, 5,7 faizi (26,5 min nəfər) – Azərbaycan, 5,6 faizi isə Türkmənistan vətəndaşları olub.

Ən çox miqrant qəbul edən şəhərlər İstanbul, Ankara, Antaliya, İzmir və Bursadır. Türkiyəni ötən il tərk edən vətəndaşların sayı 42,5 faiz artaraq, 253 640 nəfərə çatıb.

Bu ölkəni tərk edənlərin 20,4 faizi iraqlı, 7,5 faizi (19 min nəfər) azərbaycanlı, 6,7 faizi suriyalı, 4,6 faizi əfqan və 4,5 faizi çinli olub.

Oxu.Az

Son xəbərlər
Digər xəbərlər