Türkiyə 2030-cu ilədək müdafiə xərclərini ÜDM-in 5%-nə çatdıracaq

Türkiyə 2030-cu ilədək müdafiə xərclərinin ÜDM-dəki payını 5%-ə çatdırmağı planlaşdırır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitinin plenar iclasının açılışında bildirib.

“Türkiyə 2030-cu ilədək müdafiə xərclərinin payını 3,5%-ə çatdırmaq üçün addımlar atıb. Təhlükəsizlik xərcləri üzrə 1,5%-lik hədəfə artıq nail olmuşuq. Planlaşdırılan müddətdən beş il əvvəl 5%-lik hədəfə çatmağa çalışırıq”, – deyə Ərdoğan bildirib.

Türkiyə daha əvvəl NATO-nun uzunmüddətli strategiyasına uyğun olaraq hərbi xərclərini 2035-ci ilədək ÜDM-in 5%-nə çatdırmağı planlaşdırdığını açıqlamışdı.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə hərbi-sənaye kompleksinə ayrılan vəsaitin həcminə görə dünyanın ilk on ölkəsi sırasına daxil olub. “Biz alyansda ən böyük çatışmazlığın hiss olunduğu hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sahəsinə əlavə 24 milyard dollar büdcə ayırmışıq. Ən böyük quru qoşunlarına malik ölkə kimi alyansın hərbi imkanlarına töhfə verməyə çalışırıq. NATO-nun əməliyyat və missiyalarına ən böyük töhfə verən ölkələr sırasında yer alırıq”, – deyə Türkiyə lideri vurğulayıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər