2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana sement ixracı 11.587 milyon dollar təşkil edib.
Banker.az rəsmi statistik göstərilərə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz artım deməkdir.
Aprel ayında Türkiyə Azərbaycana 3,574 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin apreli ilə müqayisədə 33,7 faiz çoxdur.