10 C
Baku
Friday, December 13, 2024

Türkiyə bankı lirəni xilas etməyə çalışır

Türkiyə Mərkəzi bankı milli valyutanın enməsini dayandırmaq məqsədilə pul siyasətini sərtləşdirmək niyyətindədir. Bu haqda məlumatı tənzimləyicinin rəhbəri Erdem Baski vermişdir.

O bundan əvvəl isə bildirmişdi ki, qlobal iqtisadiyyatda vəziyyətin ciddi şəkildə pisləşməsi fonunda inflyasiya proqnozları sürətlə artmışdır. Cari ilin yekunlarına əsasən inflyasiya templəri proqnozları 5,3%-dən 6,6%-ə yüksəlmişdir. Bununla yanaşı, tənzimləyici rəhbəri Türkiyə bankının müstəqilliyi ilə bağlı bir sıra suallara cavab verməkdən imtina edib.

Qeyd edək ki, türk lirəsi bu gün dollarla münasibətdə rekord hədd də minimuma enmişdir.

Analitiklərin əksəriyyəti pul siyasətinin sərtləşəcəyini proqnozlaşdırırdılar. Tənzimləyicinin bu addımı atmayacağı aydın olduqda isə, valyuta çox ciddi təzyiqlər altına düşdü ki, bu bu gün də davam edir.

Qeyd edək ki, Türkiyədə yaranmış ciddi korrupsiya skandalı milli valyutaya mənfi təsir göstərdi. Nəticədə türk lirəsi son ay ərzində dollarla münasibətdə 10% ucuzlaşdı.

Son xəbərlər
Digər xəbərlər