18 C
Baku
Tuesday, May 28, 2024

Türkiyə bu il Azərbaycandan neft alışını iki dəfə artırıb

Türkiyə Azərbaycandan bu ilin ilk 11 ayında idxal etdiyi xam neftin həcmini iki dəfə (99.7%) artırıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinin statistik bülletenində bildirilib.

2023-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Türkiyəyə 1 milyon 172.89 min tonluq xam neft satıb. Xam neftin satış dəyəri ümumilikdə $661.53 milyon təşkil edib.

Dünya birjalarında xam neftin dəyəri azaldığı üçün bu il Türkiyəyə satılan xam neftin bir tonu 12% daha ucuz $564.01-ə satılıb. Ötən orta qiymət $639.34/ton idi.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər