15 C
Baku
Friday, March 29, 2024

Türkiyə enerji böhranı ilə üzləşən avropalılara “qış turları” təklif edir

Türkiyənin turizm agentlikləri enerji böhranı yaşayan Avropa ölkələrinin sakinlərinə qışda istirahət mərkəzlərinə sərfəli turlar təklif etməyə başlayıb.

Bu turlar əsasən təqaüdçülər üçün nəzərdə tutulur. Antalyanın beşulduzlu otellərində iki aylıq turların qiyməti seçimdən asılı olaraq 1000-10000 avro arasında dəyişir.

Aksiyada Antalyadakı 152 otel, həmçinin Bodrum, Kuşadası, Marmarisdəki turizm obyektləri iştirak edir. Artıq çox sayda avropalı Türkiyədə qış üçün otel nömrələri bron etməyə başlayıb və noyabr-dekabr ayları üçün sifarişlərin sayı ötən illə müqayisədə 1,5-2 dəfə artıb.

Türkiyənin hakimiyyət orqanlarının məlumatına görə, enerji böhranı ilə əlaqədar ən azı bir milyon avropalı bu qışı Türkiyədə keçirmək niyyətindədir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər