Türkiyə Ermənistanla birbaşa ticarətə qoyulan qadağanı aradan qaldırdı

Türkiyə Ermənistanla birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıq prosesinin başa çatdığını elan edib. Bu addım ölkələr arasında münasibətlərin normallaşdırılması və iqtisadi-ticarət əlaqələrinin inkişafı prosesinin bir hissəsi kimi qiymətləndirilir.

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib ki, Ermənistan Türkiyənin ticarət qadağasını aradan qaldırmasını alqışlayır.

“Bu qərar iki ölkə arasında ticarət və biznes əlaqələrinin genişlənməsi, regionda iqtisadi bağlılığın gücləndirilməsi, sülh və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”, — deyə o, “Facebook” sosial şəbəkəsində yazıb.

Türkiyə və Ermənistan arasında indiyədək diplomatik münasibətlər olmayıb. 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı Türkiyə Ermənistanla quru sərhədini bağlamışdı. Bununla əlaqədar birbaşa ticarətə qadağa tətbiq edilmiş, Türkiyə malları Ermənistana üçüncü ölkələr vasitəsilə çatdırılmışdı.

2022-ci ildən etibarən tərəflər münasibətlərin normallaşdırılması və sərhədlərin açılması ilə bağlı danışıqlar aparırlar.

Son xəbərlər
Digər xəbərlər