12 C
Baku
Friday, November 1, 2024

Türkiyə ilə Azərbaycan birgə döyüş təyyarələri istehsal edə bilər

“Milli döyüş təyyarəmizlə bağlı ortaq istehsal üçün qapılarımız bizimlə əməkdaşlıq etmək istəyən ölkələrə açıqdır. Biz Azərbaycan, Pakistan kimi ölkələrlə bu məsələ ilə bağlı danışırıq və güclərimizi birləşdirmək təklifləri irəli sürürük”. Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin direktoru İsmayıl Dəmir “CNN-Türk”ə müsahibəsində bildirib.İsmayıl Dəmir əlavə edib ki, Türkiyə aviasiya və müdafiə sənayesi sahəsində təcrübəsi, bilik və bacarıqları olan ölkələrdən faydalanmaq təşəbbüsünü dəstəkləyir: “Təbii ki, hər ölkənin özünəməxsus bacarıq və qabiliyyətləri var. Müsbət cavablar aldığımız ölkələrlə bu addımları daha da inkişaf etdirməyə davam edəcəyik və bu addımların müsbət nəticələr verəcəyinə inanırıq”.            Qeyd edək ki, Türkiyənin TUSAŞ şirkəti (Aviasiya və Kosmos Sənayesi A.Ş.) beşinci nəsil, uzaq məsafədən vurma qabiliyyəti olan, tam elektron və modern radar sistemləri ilə təchiz edilən milli döyüş təyyarəsinin (MMU) istehsalı üçün Britaniyanın “BAE Systems” şirkəti ilə 2017-ci ildə müqavilə imzalayıb.

MMU-nun ilk uçuşunun 2025-ci ildə həyata keçirilməsi planlaşdırılır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər