23 C
Baku
Saturday, April 20, 2024

Türkiyə ilə ticarət dövriyyəsini artırmaq üçün iş adamları bir araya gəlir

Zəngəzur dəhlizinin açılması və Ələt Azad İqtisadi Zonasının tikintisinin tamamlanması ilə Azərbaycan və Türkiyə çox ciddi sinerji yarada bilərlər. Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) Türkiyə və Azərbaycandan olan iş adamlarının və müəssisələrinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarının iqtisadi dirçəlişi üçün bir araya gəlməsi prosesinə rəhbərlik edəcək.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bunu ATİB-in İdarə Heyətinin sədri Cemal Yanğın deyib.

O, qeyd edib ki, iki ölkə arasındakı ticarətin həcmini artırmağın yeganə yolu üçüncü ölkələr üçün birgə istehsalın təşkilidir. Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini $15 mlrd.-a çatdırmaq niyyətindədir. ATİB buna nail olmaq məqsədlə Türkiyə və Azərbaycandan olan iş adamlarını bir araya gətirir.

Cemal Yanğın bildirib ki, Türkiyə şirkətləri Azərbaycanda turizm, kənd təsərrüfatı, heyvandarlıq, tikinti, mədənçıxarma, təhsil, maliyyə və sığorta, sənaye sektorlarına sərmayə qoyublar və bundan sonra da sərmayə qoymağı planlaşdırırlar. Türkiyə şirkətləri Azərbaycanın müxtəlif ərazilərində kənd təsərrüfatı sahəsində əkin-biçin işləri aparırlar. Burada Anqus cinsindən olan iki min baş mal-qara təsərrüfatı yaradılıb. Azərbaycanda, Qarabağ da daxil olmaqla, mədənçilik sahəsində türk şirkətləri fəaliyyət göstərir.

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər