15 C
Baku
Thursday, March 28, 2024

Türkiyə ilin sonunadək Rusiya ilə viza rejiminin ləğvini gözləyir

Ankara cari ilin sonuna qədər Rusiya ilə viza rejiminin ləğv ediləcəyini və ya yüngülləşdiriləcəyini gözləyir.

RİA “Novosti”yə istinadən, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Turk” telekanalına müsahibəsində deyib.

Rusiya Türkiyə vətəndaşları üçün viza rejimini 2015-ci ilin noyabrında iki ölkə arasında münasibətlərin soyuması fonunda tətbiq edib.

“Düşünürəm ki, Rusiya ilə viza rejimi, qismən olsa belə, ləğv ediləcək. Ola bilsin ki, ilin sonunadək iki ölkə prezidenti telefon söhbəti zamanı və ya ilk görüşdəcə deyəcəklər: “Gəlin nəhayət ki, vizanı ləğv edək”, — deyə Çavuşoğlu bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər