25 C
Baku
Sunday, April 28, 2024

Türkiyə ilk dəfə demoqrafik cəhətdən yaşlı əhalisi olan ölkələr kateqoriyasına daxil edilib

Türkiyə BMT-nin təsnifatına görə yaşlı əhalisi olan ölkələr kateqoriyasına daxil edilib.

Respublika tarixində ilk dəfə olaraq Türkiyənin ümumi əhali sayı (85 milyon) üzrə yaşı 60 və daha yuxarı olan şəxslərin payı ikirəqəmli göstəriciyə (10,2 faiz) çataraq 8 milyon 722 min 806 nəfər təşkil edib.

BMT-nin təsnifat şkalasına görə, əhali sayı üzrə yaşı 60 və daha yuxarı olan şəxslərin nisbətinin 10 faizdən çox olduğu ölkələr demoqrafik cəhətdən “yaşlı” ölkələr sayılır.

Alimlərin proqnozlarına görə, əhalinin artım tempi aşağı səviyyədə qaldığı təqdirdə, 2030-cu ilə qədər Türkiyənin yaşlı əhalisinin payı 12,9 faizə, 2040-cı ilə qədər 16,3 faizə, 2060-cı ilə qədər isə vətəndaşların ümumi sayının 22,6 faizinə çatacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər