1 C
Baku
Saturday, December 14, 2024

Türkiyə iqtisadiyyatı 10% kiçilib

Bu ilin II rübündə Türkiyə iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 9,9% kiçilib.

Bu barədə türk mətbuatına istinadən xəbər verilir.

Məlumata görə, I rüblə müqayisədə isə iqtisadi azalma 11%-dir.

Hesabat dövründə qonşu ölkədə kənd təsərrüfatı 4%, informasiya və rabitə fəaliyyəti 11%, maliyyə və sığorta fəaliyyətləri 27,8%, əmlak fəaliyyəti 1,7% artsa da, sənaye 16,5%, tikinti sektoru 2,7%, xidmətlər 25%, peşə, inzibati və dəstək xidməti fəaliyyətləri 16,5%, dövlət idarəetməsi, təhsil, insan sağlamlığı və sosial xidmət fəaliyyətləri 2,4% və digər xidmət fəaliyyətləri 18% azalıb.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər