18 C
Baku
Saturday, May 4, 2024

Türkiyə iqtisadiyyatı 4 % böyüyüb

Bu ilin II rübündə Türkiyədə istehsal olunmuş ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 % çox olub.

Bu barədə Türkiyə Statistika Qurumu (Türkiye İstatistik Kurumu – TÜİK) məlumat yayıb.

Bildirilir ki, son 1 ildə xidmət sektoru 6,4 %, tikinti sektoru 6,2 %, dövlət idarəçiliyi, təhsil, insan sağlamlığı və sosial xidmətlər sektoru 5,1 %, maliyyə sektoru 4,9 %, daşınmaz əmlak sektoru 3,2 %, informasiya və rabitə sektoru 1,3 %, aqrar sektoru 1,2 % artıb, sənaye sektoru 2,6 %, inzibati və yardımçı xidmət sektoru isə 1,2 % azalıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər