16 C
Baku
Thursday, May 2, 2024

Türkiyə İraqın Süleymaniyyə şəhərinə uçan təyyarələr üçün hava məkanını bağlayır

Türkiyə hava məkanı aprelin 3-dən etibarən eniş-uçuş üçün İraqın Süleymaniyyə Beynəlxalq Hava Limanından istifadə edəcək təyyarələrin istifadəsinə bağlanıb.

Bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, sözügedən qərar PKK terror təşkilatının Süleymaniyyədə fəaliyyətinin intensivləşdirilməsi, terror təşkilatının üzvlərinin hava limanında mövcudluğu və bununla da uçuşların təhlükəsizliyinin təhdid altında olması əsas alınaraq qəbul edilib.

Qərarın ilkin mərhələdə 3 iyul 2023-cü il tarixinə qədər qüvvədə olması gözlənilir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər