Türkiyə İsraildəki səfirini geri çağırdı

Türkiyə Qəzza zolağında baş verən hadisələrlə əlaqədar Təl-Əvivdəki səfirini məsləhətləşmələr üçün Ankaraya geri çağırıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“2022-ci ilin noyabrında İsrailə səfir təyin edilən Şakir Özkan Torunlar məsləhətləşmələr üçün Ankaraya geri çağırılıb”, – Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Bildirilir ki, qərar Qəzza zolağında “İsrailin mülki şəxslərə hücumu” ilə törədilmiş humanitar faciəni nəzərə alaraq qəbul edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər