Türkiyə Mərkəzi Bankı bu ilin sonu üçün inflyasiya proqnozunu açıqlayıb.
Banker.az xəbər verir ki, bu barədə Türkiyə Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu hesabat açıqlayıb.
Belə ki, bundan öncəki hesabatda 12.2% olan inflyasiya proqnozu 14.1%-ə yüksəldilib. 2022-ci il proqnozu 7.5%-dən 7.8%-ə qaldırılıb. 2023-ci il üçün isə inflyasiya təxmini 5% olaraq dəyişməz saxlanılıb.
Kavcıoğlu bildirib ki, hazırda inflyasiyadakı baş verən yüksəliş müvəqqətidir, il sonunda yavaşlama gözlənilir.