15 C
Baku
Saturday, April 20, 2024

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2 milyard dollardan çox azalıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,869 mlrd ABŞ dolları, yaxud 2,1% azalaraq 86,320 milyard ABŞ dolları təşkil edib.

Bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 43,161 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 253 milyon ABŞ dolları, yaxud 0,6% çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 2,122 mlrd ABŞ dolları, yaxud 4,7% azalaraq 43,159 milyard ABŞ dolları təşkil edib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər