6 C
Baku
Sunday, December 15, 2024

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,477 milyard ABŞ dolları və yaxud 2,8 % artaraq 90,328 milyard ABŞ dolları təşkil edib.

Bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 41,469 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına qalxıb. Bu isə həftəlik müqayisədə 533 milyon ABŞ dolları, yaxud 1,3 % çoxdur.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,944 milyard ABŞ dolları, yaxud 4,1 % artaraq 48,859 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər
Digər xəbərlər