23 C
Baku
Tuesday, April 23, 2024

Türkiyə milli raket sistemləri istehsal edəcək

Türkiyə yerli uzaqmənzilli müdafiə sistemləri istehsal edəcək.

Bunu türkiyəli mayor Nadidə Şəbnəm Aktop Türkiyə Müdafiə Nazirliyinin iclasındakı çıxışı zamanı deyib. O, müdafiə sistemi sahəsində görülən işlərdən bəhs edib:

“Əhəmiyyətli dərəcədə hava və raket təhdidlərinə məruz qalan ölkəmiz üçün havadan müdafiə sistemi seçim deyil, məcburiyyətdir. Rusiya Federasiyasından S-400 sistemlərinin tədarük edilməsi ilə ölkəmiz önəmli hava müdafiə qabiliyyəti qazanmış olacaq. Texnologiya transferi və ortaq istehsal yolu ilə öz milli sistemlərimizi inkişaf etdirmək üzrə başlatdığımız işlər müttəfiqlərimiz İtaliya və Fransa ortaqlığı olan “Avrosam” (“Eurosam”) ilə həyata keçirilir. Müdafiə Sənayesi Nazirliyi tərəfindən ABŞ-ın “Patriot”larla bağlı verdiyi təkliflə bağlı müzakirələr davam etdirilir.

Bundan əlavə, yerli və uzaqmənzilli havadan müdafiə sistemi olan SİPƏR layihəmiz üçün ilk addımı atmışıq. F-35-lərlə bağlı ilk 2 təyyarə ötən ilin iyulunda təhvil alınıb. Pilot və texniki baxış təlimləri ABŞ-da davam edir. 2019-cu ilin martında alınacaq 2 təyyarə ilə cəmi 4 təyyarə, pilot, texniki baxış təlimləri üçün 2020-ci ilin sonuna qədər ABŞ-da qalacaq. 5 və 6-cı təyyarələr isə bu il noyabrın 30-da Malatyaya gətiriləcək”.

©Axar.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər