Türkiyə bütün ölkə ərazisində genişmiqyaslı antiterror əməliyyatı keçirir, Banker.az bu barədə TASS-a istinadən xəbər verir. Ölkənin Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, əməliyyatda 13 mindən çox hüquq-mühafizə orqanlarının nümayəndəsi iştirak edir.
“Saat 8:30-da (Bakı vaxtı ilə 9:30-da) Türkiyə ərazisində 13 440 təhlükəsizlik əməkdaşının iştirak etdiyi 466 terrorla mübarizə əməliyyatı keçirilib. “Qəhrəmanlar” əməliyyatı çərçivəsində Mersin, Van, Şanlıurfa, Mardin və Aydında terror təşkilatının 12 üzvü saxlanılıb. Diyarbəkir, Qaziantep, İstanbul, Bursa, Batman, Dənizli, Adana, Kayseri, Antalya, Konya, Isparta və Kocaelidə keçirilən əməliyyatlar zamanı azı 55 şübhəli şəxs saxlanılıb”, – Türkiyənin daxili işlər naziri Əli Yerlikaya yazıb.