Türkiyə Parlamenti Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini qəbul edib

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyası Finlandiyanın NATO-ya qəbulu ilə bağlı Protokolun təsdiq edilməsi təklifini müzakirə edib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Deputatların səsverməsinə çıxarılan təklif qəbul edilib.

Bununla da ölkənin NATO-ya üzv olması üçün Parlamentdə atılan addım tamamlanıb.

Finlandiya bundan əvvəl NATO-ya üzv olan 29 ölkənin təsdiqini almışdı.

Türkiyənin də razılığı ilə onun üzvlüyü mümkün olacaq.

Baş Assambleyada qəbul edilən mətn təsdiq üçün prezident Ərdoğana göndəriləcək.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər