“Türkiyə olaraq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə böyük əhəmiyyət veririk”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında deyib.
Bundan başqa, o, bildirib ki, ölkəsi Asiya ilə Avropanı bir-birinə bağlayan müasir İpək Yolunu da dəstəkləyir.
“Xəzər dənizindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi layihəsi də bizim üçün vacibdir”, – deyə o, əlavə edib.