17 C
Baku
Monday, May 6, 2024

Türkiyə Prezidentindən faiz açıqlaması

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıtdıqdan sonra ilk açıqlamasını verib və bildirib ki, xəzinə və maliyyə nazirinin hazırkı düşüncəsi baxımından, onun Mərkəzi Bankla birlikdə addımlar atmasını qəbul edir.

Banker.az xəbər verir ki, bu barədə məlumatı “BloomberHT” adlı türk mənbəsi bildirir.

“Uğurlu olsun” dedik və bununla da inflyasiyanı birrəqəmliyə endirmək əzmində olduğumuzu bəyan etdik”- deyə, Türkiyədə yenidən seçkiləri qazanan Ərdoğan deyib.

Qeyd edək ki, indiyə qədər Türkiyə lideri yuxarı faizlərin əleyhinə çıxmışdı. Ölkədə yüksək ikirəqəmli inflyasiyaya rəğmən faizləri 19.00%-dən 8.5%-ə qədər endirib.

28 mayda yenidən seçkiləri qazandıqdan sonra Nazirlər Kabinetini yenidən formalaşdırdı və Qərb institutları ilə yaxın olan Mehmet Şimşek-i xəzinə maliyyə naziri təyin etdi. Amerikanın nüfuzlu banklarında çalışan Hafize Gaye Erkanı isə Türkiyə Mərkəzi Bankının rəhbəri təyin edib.

İndiki analitiklər və investorlar düşünür ki, TCMB lirənin devalvasiyasını azaltmaq və ya dayandırmaq üçün yüksək faizlərə əl atacaqlar. Mehmet Şimşek indiyə qədər davam etdirlən qeyri-ənənəvi monetar siyasətində “U dönüşü” edəcəyi ehtimal edilir.

Lirənin məzənnəsi təkcə bu ayın əvvəlindən 12-14% arası dəyər itirmiş olub. Hazırda dollar/lirə məzənnəsində 0.2%-ə yaxın eniş var. Məzənnə 23.5943 lirə təşkil edib. Lirə artıq maksimumlar olan 23.9212 səviyyəsini test edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər