Türkiyə Prezidentinin yeni baş müşaviri təyin edilib. Bununla bağlı Prezident Rəcəb Tayyib Ərdoğan fərman imzalayıb.
Müvafiq fərman “Resmi Gazete”də dərc olunub.
Fərmana əsasən, yeni baş müşavir vəzifəsinə Yekta Saraç təyin edilib. O, bundan əvvəl Türkiyə Ali Təhsil Şurasının rəhbəri vəzifəsində çalışıb.