17 C
Baku
Friday, May 3, 2024

Türkiyə qaz qovşağının yaradılması ilə bağlı “Qazprom”la danışıqlar aparacaq

Türkiyənin dövlət neft-qaz şirkəti – BOTAŞ-ın texniki heyəti qaz qovşağı layihəsinin həyata keçirilməsini müzakirə etmək üçün yaxın günlərdə Rusiyanın Sankt-Peterburq şəhərinə səfər etməyi planlaşdırır.

Bu barədə “A haber” telekanalı məlumat yayıb.

Bildirilib ki, Türkiyəli qonaqlar “Qazprom”un rəhbərliyi və mütəxəssisləri ilə danışıqlar aparmaq niyyətindədir.

Telekanal həmçinin qeyd edib ki, Türkiyə daxilində enerji bazarının bütün iştirakçıları 2024-cü ildə qaz ticarət mərkəzinin yaradılmasını səbirsizliklə gözləyirlər.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər