23 C
Baku
Friday, May 24, 2024

Türkiyə Rusiyadan neft idxalını iki dəfə artırıb

Yanvar-avqust aylarında Türkiyə Rusiya neftinin idxalını gündəlik 200 min bareldən çox artırıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 104% (gündə 98 min barel) çoxdur.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Treyderlər hesab edirlər ki, Türkiyənin Rusiya neftinin alışları eyni sürətlə davam edərsə, tədarüklər 2019-cu ilin rekordunu (gündə 209 min barel) keçə bilər. Eyni zamanda, treyderlər dekabrın 5-də Avropa İttifaqının (Aİ) embarqosunun qüvvəyə minməsindən sonra Türkiyə neftayırma zavodlarının satınalma həcmlərini saxlaya biləcəyinə əmin deyillər.

Embarqonun tədarükün 90%-nə təsir edəcəyi gözlənilir. Beynəlxalq Enerji Agentliyi hesablayıb ki, Rusiya neftinin ABŞ, Böyük Britaniya, Aİ ölkələri, Cənubi Koreyaya tədarükü gündə 2.2 milyon barel azalıb, lakin bu ixracın üçdə ikisi digər ölkələrə, xüsusən də Çin, Hindistana və Türkiyəyə yönəlib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər