9 C
Baku
Thursday, December 12, 2024

“Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq” – Çavuşoğlu

“Türkiyə ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaq niyyətində deyil”.

Bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu “Lider Haber” telekanalına müsahibəsində deyib.

“Biz ABŞ və Aİ-nin Rusiyaya qarşı təktərəfli sanksiyalarına qoşulmayacağıq. Biz öz fayda və rifahımızdan çıxış edirik. Bununla yanaşı, biz Montrö Konvensiyasının müddəalarının icrasına ciddi nəzarət edirik”, – deyə Çavuşoğlu vurğulayıb.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər