7 C
Baku
Sunday, December 15, 2024

Türkiyə şirkəti Azərbaycanda ofis açmaq istəyir

Türkiyənin “ATIŞ YAPI Sənaye Ticarət” şirkəti Azərbaycanda ofis açmaq istəyir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) bildirilib ki, bu məsələ qurumda şirkət nümayəndələri ilə keçirilən görüşdə müzakirə olunub.

AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov Azərbaycandakı ticarət və investisiya imkanları, Agentliyin fəaliyyət istiqamətləri, sahibkarlara göstərdiyi dəstək tədbirləri barədə məlumat verib.

“ATIŞ YAPI Sənaye Ticarət” şirkətinin turizm və xidmət sektoru üzrə direktoru Ramazan Özgür isə inşaat, maliyyə, turizm, İT, mebel satışı sahələrində fəaliyyət göstərdiklərini bildirib, həyata keçirilən layihələr, Azərbaycanda ofis açılması niyyətləri barədə məlumat verib.

Görüşdə Türkiyə şirkətinin ölkəmizdə fəaliyyətinin təşkili edilməsi istiqamətində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər