21 C
Baku
Wednesday, May 1, 2024

Türkiyə şirkətinin Azərbaycanda yaradacağı mərkəzin fəaliyyəti MDB ölkələrini də əhatə edəcək

Qlobal şirkətlərin xəritə təminatçısı olan “4MAPS Bilgi Teknolojileri” MMC-nin Azərbaycanda yaradacağı tədqiqat-inkişaf mərkəzinin fəaliyyəti MDB ölkələrini də əhatə edəcək.

Bunu “4MAPS Bilgi Teknolojileri” MMC-nin təsisçisi Abdullah Demirtaş deyib.

Mərkəzin inzibati binasının tikintisinın davam etdiyini deyən A.Demirtaş əlavə edib ki, hazırda qurum üçün ixtisaslı kadrlar hazırlanır. Dövlət Məşğulluq Agentliyi ilə əldə olunmuş anlaşmaya əsasən, quruma müraciət edən 20-29 yaşlı gənclər İstanbul Texniki Universitetinin professorlarının dərs dediyi 3 aylıq kurslara cəlb edilirlər.

Qeyd edək ki, “4MAPS Bilgi Teknolojileri” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidentidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər