2 C
Baku
Saturday, December 14, 2024

Türkiyə Somali sahillərində neft-qaz yataqlarının kəşfiyyatına başlayacaq

Türkiyə perspektivli neft-qaz yataqlarının kəşfiyyatı məqsədilə Somali sahillərinə qazma gəmisi göndərəcək.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Ankara ilə Maqadişo arasında razılaşma olduğunu bildirib.

Nazirin sözlərinə görə, Afrika ölkəsinin perspektivli dəniz yataqlarının seysmik kəşfiyyatı “Oruç Reis” gəmisi tərəfindən aparılacaq və bundan sonra qazma işlərinə başlanacaq.

“İşlərin yerinə yetiriləcəyi ərazidə dənizin dərinliyi 2-3 km arasında dəyişir, ümumiyyətlə qazma işi 7 km dərinliyə qədər aparılacaq”, – o deyib.

A.Bayraktar qeyd edib ki, Ankaranın 2016-cı ildən sonrakı dövrdə həyata keçirdiyi milli enerji strategiyası sayəsində Türkiyə bu gün dəniz zonasında qazma və kəşfiyyat işlərinin müstəqil aparılması üçün bütün imkanlara malikdir.

“Oruç Reis” gəmisinin heyəti 50 nəfərdən ibarətdir. Somaliyə gedən bu gəmini beş köməkçi gəmi, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri müşayiət edəcək”, – deyə türkiyəli nazir əlavə edib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər