8 C
Baku
Friday, December 13, 2024

Türkiyə Somalinin ərazi sularını qoruyacaq

Türkiyə Hərbi Dəniz Qüvvələri Somalinin quru sularını 10 il qoruyacaq.

Bu barədə Somali prezidenti Həsən Şeyx Mahmud ölkə parlamenti tərəfindən Türkiyə ilə müdafiə və iqtisadi əməkdaşlıq haqqında çərçivə sazişinin təsdiq edilməsindən sonra jurnalistlərə açıqlamasında bildirib.

“Türk qardaşlarımız iki ölkə arasında imzalanan müdafiə və iqtisadi əməkdaşlıq sazişi çərçivəsində dənizlərimizi 10 il qoruyacaq. 10 illik əməkdaşlıqdan sonra dənizlərimizi qoruyacaq donanmamız olacaq”-deyə, o bildirib.

O qeyd edib ki, saziş terrorizm, xarici təhdidlər, dəniz quldurluğu və qeyri-qanuni balıq ovu ilə mübarizə, sahillərin müdafiəsi və dəniz ehtiyatlarının inkişafı kimi sahələrdə əməkdaşlığı əhatə edir.

Mahmud eyni zamanda, sənədin nə Efiopiyaya, nə də başqa bir ölkəyə qarşı düşmənçilik məqsədi daşımadığını vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər