6 C
Baku
Sunday, December 15, 2024

Türkiyə son 21 ildə süni intellekt sahəsinə 6.7 milyard lirə yönəldib

Türkiyə son 21 il ərzində süni intellekt sahəsinə 6.7 milyard türk lirəsi məbləğində dəstək göstərib.

Bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.

Anadolu Agentliyinin Ankarada “Mediada süni intellektin idarə edilməsi” mövzusunda keçirdiyi forumunda çıxış edən nazir bildirib ki, Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) təqaüd və dəstək proqramları çərçivəsində ayrılan dəstək paketi 3700-dən çox layihəni və 1300-dən çox mütəxəssisi əhatə edib.

Forumun ilk hissəsində süni intellektin gündəlik həyatı necə dəyişdirdiyi, mediaya təsirləri, süni intellekt tətbiqləri, onun hüquqi və etik ölçüləri müzakirə olunur. Tədbirin digər iki hissəsi isə “Utopiya və ya distopiya: 2040-cı ildə medianı nə cür təsəvvür edirik?” və “Mediada süni intellektin etik istifadəsi üzrə bələdçisi” mövzularına həsr olunacaq.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər