Türkiyənin “Baykar” şirkəti Ukraynaya 100 milyon ABŞ dollarına yaxın investisiya yatıracaq.
Bu barədə şirkətin baş direktoru Haluk Bayraktar Kiyevdə keçirilən Hərbi Sənaye Forumunda bildirib.
Bayraktar bu vəsaitlə Ukraynada pilotsuz uçuş aparatı (PUA) zavodu tikiləcəyini söyləyib.
“Tikinti artıq başlayıb. Onu başa çatdırmaq üçün təqribən 1,5 il vaxt lazımdır. Biz burada ən azı 300 nəfərin işləməsini planlaşdırırıq”, – o deyib.
Baş direktorun sözlərinə görə, vəsait zavodun tikintisi ilə yanaşı, Ukraynadakı xidmət mərkəzinin və şirkətin baş ofisinin saxlanmasına sərf olunacaq.