10 C
Baku
Friday, December 13, 2024

Türkiyə uzaqmənzilli hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirir

Türkiyə ordusu yerli “Siper” uzaqmənzilli hava hücumundan müdafiə sistemini Qara dənizdə sınaqdan keçirəcək. Bu barədə Türkiyə mətbuatı xəbər verir.

Məlumata görə, bunun üçün daxili sularda dənizin 850 kilometrlik hissəsi uçuşa qadağan zonası elan edilib.

Qeyd olunur ki, hava hücumundan müdafiə sisteminin sınaqları ölkənin şimal-qərbindəki Ədirnə vilayətindən respublikanın şimal-şərqindəki Giresun vilayətinə qədər olan zolaqda keçiriləcək.

Sınaqlar bu həftə keçiriləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər