15 C
Baku
Friday, May 3, 2024

Türkiyə və ABŞ rəsmiləri Rusiya neftinə qoyulan qiymət həddini müzakirə ediblər

ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal ilə telefon danışığı zamanı Rusiya neftinə qoyulan qiymət həddini müzakirə edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyindən bildiriblər.

Uolli Adeyemo deyib ki, qiymət həddi rejimi yalnız Rusiya mənşəli neftə şamil olunacaq: “Türkiyə ərazi sularından keçən gəmilərin əlavə yoxlanılmasını tələb etmir. Buna uyğun olaraq Türkiyə boğazlarından dəniz neftinin tranzitinə icazə veriləcək”.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər